Modern.az

General Süleymani bu tarixdə dəfn ediləcək

General Süleymani bu tarixdə dəfn ediləcək

3 Yanvar 2020, 22:47

İraqda ABŞ-ın hücumu nəticəsində ölən iranlı general Qasım Süleymaninin cənazəsi yanvarın 5-də İranın Kirman şəhərində dəfn ediləcək.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Süleymaninin ailəsindən verilən yazılı açıqlamada iranlı komandir üçün ilk anım mərasiminin Bağdadda keçiriləcəyi bildirilib. Bundan sonra cənazə Tehrana aparılacaq.

Tehran Universitetində İranın Ali dini lideri Əli Xameneyinin də iştirakı ilə növbəti mərasim keçiriləcək.

Qeyd edək ki, Süleymaninin öldürülməsindən sonra İranda üç gün matəm elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi