Modern.az

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı hərbi təlimləri dayandırır

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı hərbi təlimləri dayandırır

4 Yanvar 2020, 09:25

ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu xaricdə hərbi tapşırıqlar üzrə bundesver komandanlığının rəhbəri, general-leytenant Erix Pfefferin deyib.

 

Qeyd olunub ki, ABŞ-ın general-leytenantı Pet Uayt "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.

 

E.Pfeffer bildirib: "Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb".

 

O əlavə edib ki, göstərişə əməl etmək ölkənin İraqdakı poliqonlarda əməliyyat çərçivəsində iştirak edən bütün tərəfdaşları üçün zəruridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi