İndoneziyada yanvarın 1-dən etibarən yağan şiddətli yağışlara görə meydana gələn sel nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Cakarta eləcə də Depok, Bekasi kimi şəhərlərdə axın daha güclüdür. Müvəqqəti sığınacaqlarda 173 min nəfəri yerləşdirən xilasetmə xidməti sel basmış ərazilərdə axtarış işlərini davam etdirir. Şiddətli yağışların başlaması ilə bağlı Ekologiya Nazirliyi seldən 10 gün əvvəl ölkə əhalisinə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, İndoneziyada bu cür şiddətli yağışlar adətən Yanvar və Oktyabr aylarında qeydə alınır.