Modern.az

\"Bavariya\" yeni qapıçı transfer edib

\

4 Yanvar 2020, 14:47

Almaniyanın "Bavariya" klubu “Şalke”nin qapıçısı Aleksandr Nübeli transfer edib.

 

Modern.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni komandasına iyulun 1-də qoşulacaq və 5 illik müqavilə imzalayacaq. Almaniyalı qolkiperin “Şalke” ilə sözləşməsi mövsümün sonunda başa çatacağından, bu keçid Munhen təmsilçisinə pulsuz başa gələcək.

 

Qeyd edək ki, Aleksandr Nübel 2015-ci ildə yetirməsi olduğu “Paderborn”dan “Şalke”yə 600 min avroya trransfer olub. Bu mövsüm almaniyalı qolkiper 15 matçda iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?