Modern.az

Bayram günlərində qida və alkoqollu içkilərdən 1254 nəfər zəhərlənib

Bayram günlərində qida və alkoqollu içkilərdən 1254 nəfər zəhərlənib

4 Yanvar 2020, 16:33

Yeni il bayramı günlərində Gürcüstanda qida və alkoqollu içkilərdən  zəhərlənmə halları qeydə alınıb.

 

Modern.az AzərTac-a istinadən xəbər verir ki,  dekabrın 31-dən yanvarın 3-dək Gürcüstanın təcilli tibbi yardım müəssisələrinə və xəstəxanalarına alkoqol və qida zəhərlənmələri ilə əlaqədar 1254 müraciət daxil olub. Müraciətlərdən 387-si qidadan, 844-ü isə alkoqollu içkilərdən zəhərlənmə ilə əlaqədardır. Daha 23 halda isə zəhərlənmə həm qida, həm də alkoqoldan baş verib.

 

Mütəxəssislər bu sayın artacağını istisna etmirlər. Bildirilir ki, bölgələrdə xalq təbabəti ilə müalicə olunanlar da var. Bayram günləri hələ davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?