Modern.az

Prokurorluq turizm şirkətinin qadın əməkdaşını ifşa edib

Prokurorluq turizm şirkətinin qadın əməkdaşını ifşa edib

Təhsil

27 Mart 2012, 18:02

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, turizm fəaliyyəti ilə məşğul olan müəssisənin əməkdaşının qanunsuz əməlləri ifşa olunub.

"Qlobal" Məhdud Məsuliyyətli Müəssisənin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanın qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Elnarə İsmayılovanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, Aynurə Quliyeva Elnarə İsmayılovaya "Şengen" vizasının əldə edilməsi üçün 2.200 manat tələb olunduğunu bildirərək, həmin pulun 1.800 manatını sonuncudan almaqla onun adına iş yeri və bankda hesabın olması barədə saxta arayışlar tərtib edib, həmin sənədləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim edib.   

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.  

Modern.az
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal