Modern.az

Tramp bu dəfə İraqı HƏDƏLƏDİ: “İrana etdiklərimiz yumşaq gələcək”

Tramp bu dəfə İraqı HƏDƏLƏDİ: “İrana etdiklərimiz yumşaq gələcək”

Dünya

6 Yanvar 2020, 10:53

ABŞ prezidenti Donald Tramp İraq parlamentinin qərarına sərt reaksiya verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qanunverici orqanın xarici qoşunların ölkə ərazisini tərk etməsi barədə qərarına o, ABŞ-ın sərt cavab verəcəyini deyib:

 

“Əgər onlar bizdən ölkədən çıxmağımızı istəsələr və bu xahişi dostca etməsələr, onlara qarşı həyatları boyu görmədikləri sanksiyaları tətbiq edəcəyik. İrana qarşı sanksiyalar onlara yumşaq gələcək”.

 

Tramp İraqda amerikalıların milyardlarla dollar vəsaitlə hərbi baza inşa etdiklərini və buna görə pul almayınca oradan getməyəcəklərini vurğulayıb.

 

Qeyd edək ki, İraq parlamenti xarici qüvvələrin ölkə ərazisini tərk etməsi barədə qərarını general Qasım Süleymaninin ABŞ tərəfindən Bağdad aeroportuna atılan raket zərbəsi ilə öldürülməsinə görə atıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi