ABŞ-ın öldürdüyü İran generalı Qasım Süleymaninin qızı Zeynəb atasının vida mərasimində ABŞ və İsrailə səslənib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, o, atasının ölümü ilə hər şeyin bitməyəcəyini deyib.
“Dəli Tramp, düşünmə ki, atamın ölümü ilə hər şey bitəcək”- deyə o vida mərasimində çıxış edib. O, ABŞ və İsrailin buna görə qara günlərlə üzləşəcəyinə əmin olduğunu əlavə edib.
Ali dini lider Ayətullah Xameneyinin başçılığı alıtnda Süleymaninin vida mərasimi yanvarın 6-sı səhər Tehran Universitetində başlayıb. Vida mərasiminə prezident Həsən Ruhani, parlament sədri, nazirlər və hərbi komandanlıq təşrif buyurub.