Modern.az

İran ABŞ-a “ikinci Vyetnam” yaşadacağını söz verdi

İran ABŞ-a “ikinci Vyetnam” yaşadacağını söz verdi

Dünya

6 Yanvar 2020, 18:27

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Əli Əkbər Vilayəti general Qasım Süleymani ilə Tehranda vida mərasimində çıxış edib.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Vilayəti Süleymanini Rusiya ilə əməkdaşlıq zamanı əsas fiqur adlandırıb.

“Süleymanini öldürməklə ABŞ böyük axmaqlıq etdi və əgər onlar Yaxın Şərqdən qoşunlarını çıxarmasalar, “ikinci Vyetnam”la üzləşəcəklər”.

 

Yanvarın 3-də Bağdad aeroportunda raket hücumu ilə öldürülən Qasım Süleymani sabah Kerman şəhərində dəfn olunacaq.   

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi