Modern.az

"Unibank" müştərilərinin hesablarından pul silindi - Bank araşdırır

Dünya

7 Yanvar 2020, 00:37

Dünən axşam saatlarında "Unibank" ASC-nin debet kartlarının balansından pul silinib.

 

Modern.az xəbər verir ki, bu barədə bankın plastik kart istifadəçiləri sosial şəbəkədə məlumat yayıb.

Əksər istifadəçilər balanslarından müəyyən vəsait silindiyini açıqlayıb. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.

Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.

"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.

Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız”, - deyə "Unibank"ın açıqlamasında bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi