Modern.az

Rəsul Quliyev Milli Qəhrəmana cavab verdi: “Kəlbəcərdə mən əsgərlərlə səngərlərdə yatmışam”

Rəsul Quliyev Milli Qəhrəmana cavab verdi: “Kəlbəcərdə mən əsgərlərlə səngərlərdə yatmışam”

Təhsil

28 Mart 2012, 10:34

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin parlamentin eks-spikerinə yazdığı və Modern.az-da yayımlanan açıq məktubu ciddi rezonanns yaradıb. Məktubda qeyd olunan ittihamlarla bağlı eks-spiker Rəsul Quliyev “Yeni Müsavat” qəzetinə açıqlama verib.   

Milli Qəhrəmanın dediklərinii “yalan” adlandıran Rəsul Quliyev bildirib ki, Şahin Tağıyev həmin konfransda iştirak etməyib. “Mənim çıxışım isə 5 hissədən ibarət indi də Youtube-da dayanıb, ondan xahiş edirəm bir daha çıxışıma qulaq assın və bundan sonra gətirdiyi yanlış sitata görə üzr istəsin. İkincisi, bilmək istərdim, harada, nə vaxt mən Eldar Namazovu və ya başqasını dəstəkləyəcəyim barədə çıxış etmişəm? Mətbuatda kiminsə nəsə yazması ilə mənim barəmdə konkret fikirlər yaymaq olmaz, cənab polkovnik-leytenant. Mətbuatda “bu qədər kiçik ölkəni qərbi, şərqi, şimalı Azərbaycana bölmək olmaz” çağırışı ilə yazılarım dərc olunub. Hörmətli Mehriban Vəzirinin başçılıq etdiyi bir hərəkatın isə mənim yaratdığım hərəkata nə dəxli ola bilər?”-deyə eks spiker vurğulayıb.

“O ki qaldı Kəlbəcərə, burada sizin fantaziyanızı heç bir şeylə müqayisə etmək olmaz. Kəlbəcərdə bizim qoşunlar məğlubiyyətə uğrayan vaxt mən Sankt-Peterburqda səfərdə idim. Bu xəbəri eşidib təcili geri döndüm, aeroportdan birbaş ora getdim. Qoşunlarımız Kəlbəcəri tərk etmişdi, zorla bu ətrafda qalanları topladım, ətrafdakı rayonların icra başçıları və polis rəislərinə azı 50 silahlını Murov dağının ətəyinə toplamağı tapşırdım. Bir sözlə, müdafiə xətti yaratdım, çünki Gəncə təhlükə altında idi. Zabitlər məktəbinin məzunlarından ibarət rota kəşfiyyat üçün gecə ilə Murov dağa göndərildi. Murovdağın ətəyində gecə hər yarım saatdan bir onlarla rabitə əlaqəsi saxlayırdım. 3 saatdan sonra onlar Murovdağın təpəsinə çatıb orada erməni qoşunlarının olmamasını xəbər verdilər. Bundan sonra orada müdafiəni yarada bildik. Həmin günlər mən əsgərlərlə birgə səngərlərdə yatmışam. Dediklərimin minlərlə şahidi var”-deyə  eks-spiker vurğulayıb.

Modern.az-a açıqlamasınnda Şahin Tağıyev bildirib ki, Rəsul Quliiyevin dedikləri ilə bağlı onun da cavabı olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal