Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi dəhşətli sonluqla nəticələnən yanğın hadisəsi barədə məlumat yayıb.
Məlumata görə, martın 28-də saat 04.15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvələrinin yanmış meyitləri tapılıb. A.Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıb.
Modern.az