Sabiq deputat, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Nizami Xudiyevə ağır itki üz verib. Modern.az-ın məlumatına görə, rəsmi “Azərbaycan” qəzetində sabiq millət vəkilinin anası Muşkinaz xanımın ölümünə görə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti və icra katibliyinin kollektivi ona başsağlığı veriblər.