İranın İraqdakı ABŞ hərbi bazasına raket zərbələri nəticəsində azı 80 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb. Bazalara ballistik raket zərbələri endirilib. Pentaqon hərbi bazalara endirilən zərbələr zamanı verilən itkilər və dəymiş zərər barədə rəsmi açıqlama verməyib.
Xatırladaq ki, İran İslam İnqilabının Mühafizəsi Korpusu İraqda 2 ABŞ bazasına gecə zərbələr endirib. Bu aksiya yanvarın 3-də Bağdad aeroportunda general Qasım Süleymaninin öldürülməsinə cavab olub.