Modern.az

“ABŞ-ın Yaxın Şərqdən ayağını kəsəcəyik” – Tehrandan yeni HƏDƏ

“ABŞ-ın Yaxın Şərqdən ayağını kəsəcəyik” – Tehrandan yeni HƏDƏ

8 Yanvar 2020, 13:31

ABŞ ordusu Yaxin Şərqdə yerləşə bilməyəcək. Bu İslam İnqilabının Mühafizəsi Korpusunun “Əl Qüds” dəstəsinin komandiri Qasım Süleymaninin öldürülməsinə cavab olacaq.

Modern.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani açıqlama verib.

 

Generalın ölümü ilə İranın əlininin kəsildiyini bildirən prezident cavab olaraq ABŞ-ın Yaxın Şərqdən ayağının kəsiləcəyini əlavə edib.

Yanvarın 8-i gecə saatlarında İran İraqdakı ABŞ bazalarına hava zərbələri endirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?