Modern.az

Ermənistan ordusunun əsgəri özünü pulemyotla güllələdi

Ermənistan ordusunun əsgəri özünü pulemyotla güllələdi

Dünya

8 Yanvar 2020, 17:11

Ermənistan ordusunda intihar faktı üzə çıxıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müqavilə əsasında xidmət edən hərbçi Qeqam Viktoroviç  Xaçatryan yanvarın 6-da intihar edib.

 

Hərbi hissələrdən birinin mühafizəsinə cəlb olunmuş hərbçi pulemyotdan atəş açaraq həyatına son qoyub.

Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə iş açılıb. İstintaq tədbirləri davam etdirilir.

 

Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyi faktla bağlı məlumat verməmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi