Quba hadisələri ilə bağlı yenidən həbs edilənlər var. Modern.az saytına daxil olan məlumata görə, martın 1-də Quba rayonunda baş verən məlum olayla bağlı daha bir neçə şəxsin saxlanıldığı bildirilir.
Modern.az məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi (DIN) ilə əlaqə saxlayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Orxan Mansurzadə Quba hadisələri ilə bağlı rəsmi məlumatın olacağını deyib: “Quba hadisələri zamanı saxlanılanlarla bağlı rəsmi məlumat olacaq və günün sonuna kimi bu barədə informasiyan yayacağıq”.
Modern.az