Ermənistan baş naziri Nikol Paşinyan mətbuat katibi Vladimir Karapetyanı mətbuat katibi vəzifəsindən çıxarıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar hökumət saytında yerləşdirilib.
Vladimir Karapetyan 2018-ci ilin fevralından baş nazirin mətbuat katibi olub. Buna qədər o, Levon Ter-Petrosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi” partiyasının üzvü sayılıb.