Modern.az

Jurnalist İdrak Abbasov beynəlxalq mükafat aldı

Jurnalist İdrak Abbasov beynəlxalq mükafat aldı

28 Mart 2012, 17:46

Azərbaycanlı jurnalist, «Ayna-Zerkalo» qəzetlərinin əməkdaşı İdrak Abbasov Londonda yerləşən, nüfuzlu İndex on Censorship-in «İfadə azadlığı mükafatını alıb. Bu barədə İdrak Abbasov Modern.az-a məlumat verib.

Onun sözlərinə görə, mükafata namizədlər sırasında adı olub və Bakıya hələ bir ay əvvəl ona bildiriş göndəriblər. Jurnalist bu mükafatı araşdırma yazılarına görə alıb. Onun ötən il ARDNŞ-lə bağlı apardığı araşdırma böyük qalmalqal yaratmışdı. Belə ki, jurnalistin evi ötən ilin sentyabrında buldozerlə dağıdılıb. Müşahidəçilər bu hadisəni məhz onun araşdırması ilə bağlı olduğuna əmindirlər. Bundann sonra da ona qarşı təxribatlar səngiməyib.

Hazırda İdrak Abbasov Londondadır.

Həmkarımızı təbrik edirik.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi