Modern.az

Azərbaycanın iki ölkədəki səfiri etimadnaməsini prezidentə təqdim edib

Azərbaycanın iki ölkədəki səfiri etimadnaməsini prezidentə təqdim edib

Təhsil

28 Mart 2012, 18:59

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Uruqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Uruqvay Şərq Respublikasının Prezidenti Jose Mujicaya təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təqdimat mərasimindən sonra keçirilmiş görüşdə ilk öncə M. Əhmədzadə prezident J. Mujicaya Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb, öz tərəfindən təşəkkür edən Uruqvay prezidenti onun da salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

M. Əhmədzadə Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsi, ölkəmizin müstəqillik dövründə keçdiyi yol, əldə etdiyi yüksək inkişaf göstəriciləri, regional liderliyi, regional əməkdaşlıq və inteqrasiyada, qlobal enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu barədə ətraflı məlumat verib. M. Əhmədzadə, habelə ölkəmizin yüksələn beynəlxalq nüfuzu, diplomatiyamızın geniş əhatə dairəsinə malik olması, bu xüsusda son illərdə Latın Amerikası ölkələri ilə əlaqələrimizdə müşahidə olunan inkişaf barədə danışıb, habelə Azərbaycanın Uruqvayla da əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Bu marağın qarşılıqlı olduğunu vurğulayan prezident J. Mujica deyib ki, Uruqvay və Azərbaycan geniş əməkdaşlıq potensialına malik ölkələrdir və önümüzdəki müddət ərzində birgə çalışaraq və mövcud potensialdan yararlanaraq əlaqələrimizi inkişaf etdirməliyik.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, xüsusilə də yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, iqtisadi, ticarət, sərmayə sahələrində mövcud əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Habelə, ölkələrin bir-birini yaxından tanıması üçün xalqlararası təmasların, humanitar, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafının vacibliyi də vurğulanmış, bu xüsusda bu il Azərbaycanda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına Uruqvay milli yığmasının da vəsiqə qazanması yüksək qiymətləndirilib.

Görüşdə həmçinin, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı fikir mübadiləsi aparılmış və M. Əhmədzadə münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal