Modern.az

ABŞ-ın Bağdaddakı aviabazası ətrafına raket atılıb

ABŞ-ın Bağdaddakı aviabazası ətrafına raket atılıb

Dünya

9 Yanvar 2020, 23:31

İraqın paytaxtı Bağdaddan şimaldakı Əd-Dudjeyl ərazisindəki "Balad" aviabazası yaxınlığında raket düşüb.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən İraqın “Al Sumaria” telekanalı bildirib.

Raketin hansı istiqamətdən atıldığı məlum deyil.

“Mawazin News” informasiya portalı da xəbəri təsdiqləyib. Portal bildirib ki, raket atəşi nəticəsində zərər çəkən olmayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, “Balad” ABŞ-ın İraqdakı aviabazasıdır. Baza yanvarın 4-də də raket atəşinə tutulub. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raket atılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi