Modern.az

Azərbaycanlı xanım Türkiyədə rektor təyin edildi

Azərbaycanlı xanım Türkiyədə rektor təyin edildi

Təhsil

28 Mart 2012, 20:27


Türkiyədə soydaşımız professor doktor Aygün Attar Giresun Universitetinin rektoru təyin edilib. Bu barədə Türkiyə prezidenti Abdullah Gül sərəncam imzalayıb.

Prezidentin Mətbuat Xidmətindən verilən xəbərdə bildirilir ki, A.Gül Konstitusiyanın 130-cu və Ali Təhsil Qanununun 13-cü maddələri uyğun olaraq, universitetin təklif etdiyi namizədlər arasından prof. dr. Aygün Attarı Giresun Universiteti rektoru vəzifəsinə təyin edib.

İndiyədək Giresun Universiteti rektor köməkçisi və Ədəbiyyat Fakültəsi dekanı vəzifəsini yerinə yetirən Aygün Attar 1965-ci ildə Bakıda doğulub. Bakı Dövlət Universiteti politologiya fakültəsini bitirdikdən sonra 1993-cü ildə Rusiya Elmlər Akademiyasından tarix doktorluğu elmi dərəcəsini alıb. 1994-də dosent, 2003-də professor olub.

Rus, fars və ingilis dillərini bilən A.Attar Universitetlər Arası Qurul, Əsgəri Tarix Komissiyası və Avstriya-Türk Elm İdarəsi üzvüdür.

Attarın mütəxəssislik sahələri arasında "Erməni problemi, İran Türkləri, İraq-Əfqanıstan Türkmənləri, Türkiyə-Qafqaz Tükmənləri, Türkiyə-Rusiya Türkmənləri və PKK terroru" mövzuları var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal