Modern.az

Universitet rəhbərliyi tələbələr qarşısında geri çəkildi

Universitet rəhbərliyi tələbələr qarşısında geri çəkildi

Təhsil

29 Mart 2012, 15:35

Modern.az-ın xəbər verdiyi kimi, bu gün Dövlət İqtisad Unversitetinin bir neçə fakültəsinin tələbələri semestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsullarından biri olan kollokviumu boykot edərək ali məktəbin qarşısına toplaşıblar.

Kütləvi şəkildə imtahana girməyən tələbələr ədalətli imtahan prosesi tələb edirlər. Tələbələrdən aldığımız son məlumata görə artıq universitet rəhbərliyi tələbələrlə razılaşıb və imtahanı tam ləğv edə bilməsələr belə, vaxtı dəyişdirməyi və sualları əvvəlcədən verməyə razı olub.

”Kollokvium təxirə salınıb, yəni imtahan  fənləri bölünüb. İmtahan 7 fənn üzrə 1 günə yox, 3 günə keçiriləcək”-deyə tələbələr bildiriblər.

Dövlət İqtisad Unversitetindən problemə rəsmi münasibət bildirmək istəməyiblər.

Sevinc İLTİFATQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal