Modern.az

İran səfiri təcili XİN-ə çağırıldı - ETİRAZ

İran səfiri təcili XİN-ə çağırıldı - ETİRAZ

13 Yanvar 2020, 17:47

İranın Londondakı səfiri Həmid Bəidi Nejad İngiltərə Xarici İşlər Nazirliyinə çağrılıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Həmid Nejad İngiltərənin Tehrandakı səfiri Rob Makeranın həbsindən dolayı İngiltərə Xarici İşlər Nazirliyinə çağrılıb.

İngiltərə Makeranın anım mərasimi zamanı saxlanılmasının doğru olmadığını bildirib. Baş nazir Boris Consonun mətbuat xidmətinin nümayəndəsi İran tərəfinin bu addımının Vyana konvensiyasına əsasən düzgün olmadığını nəzərə çatdırıb.

Mətbuat xidməti, eyni zamanda bir də belə halın yaşanmayacağına dair təminat almaq məqsədilə Həmid Bəidi Nejadı çağırdığını vurğulayıb.

 

Qeyd edək ki, İngiltərənin Tehrandakı səfiri Rob Makeran 11 yanvar tarixində Tehranda qanunsuz etiraz aksiyasında iştirak etmək şübhəsi ilə bir müddət saxlanılıb. İran Xarici İşlər Nazirliyi diplomatın şəxsiyyətini müəyyənləşdirərək 15 dəqiqədən sonra sərbəst buraxıldığını bildirib. Daha sonra Makera etirazlarda iştirak etmədiyini, lakin Tehranda Ukrayna təyyarəsi qəzasında həlak olanların xatirəsinə aid qanuni aksiyada iştirak edəcəyini söyləyib.

Səfir aksiyada beş dəqiqədən çox olmayaraq iştirak etdiyini və ayrıldıqdan yarım saat sonra saxlanıldığını sözlərinə əlavə edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir