Modern.az

Qırğız prezidenti bu gün Milli Məclisdə çıxış edəcək

Qırğız prezidenti bu gün Milli Məclisdə çıxış edəcək

Təhsil

30 Mart 2012, 09:28

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qonağın qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Modern.az AzərTAc-a istinadən bildirir ki, Qırğız Respublikasının prezidenti Almazbek Atambayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanının ali qonaqlar üçün salonunda prezident Almazbek Atambayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Modern.az saytına verilən məlumata görə Almazbek Atambayev bu gün Milli Məclisdə çıxış edəcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal