Modern.az

Uşaqlara niyə dini adlar verirlər?

Uşaqlara niyə dini adlar verirlər?

Təhsil

30 Mart 2012, 11:08

Nizami Cəfərov: “1950-1960-cı illərdə dini adların qoyulmasına üstünlük vermirdilər”

Adların bizim həyatımızdakı rolu böyükdür. Səslənişi gözəl olsa da, mənası olmayan ya da yaxşı məna verməyən o qədər adlar daşıyırıq ki, hər dəfə o adla çağırılanda həmin mənası xoş olmayan adın təsirinə düşürük. Hətta bəzi insanlar yaşadığı uğursuzluqların səbəbkarı kimi daşıdığı adları günahkar bilir. Son illərdə doğulan uşaqlara ən çox dini adlar verilir. Valideynlər uşaqlara "Məhəmməd", "Fatimə", "Yusif" adlarını daha çox verməyə başlayıblar ki, digər adların istifadəsi nisbətən azalıb.
Modern.az saytının əməkdaşı bu məsələ ilə bağlı, Milli Məclisin deputatı Nizami Cəfərovun fikirlərini öyrənib.

Parlamentin Mədəniyyət komitəsinin sədri N.Cəfərov 1950-1960-cı illərdə dini adların qoyulmasına üstünlük verilmədiyini deyir: “Son zamanlar qoyulan adlar dinin güclənməsi ilə bağlıdır. Bu həm dini-mənəvi dəyərimizin qəbul olunması, həm də dədə-babamızın adını vermək ənənəsi ilə bağlıdır. İkinci hal bizdə güclənib. 50-60 cı illərdə isə atasının adı yuxarıda sadalanan adlardan olan insanlar oğluna müasir tipli adlar qoyurdu”.

Professor müasir dövrdə bunun belə olmadığını deyib:“İndi bu ad verilməsi məsələsi fərqlidir. İndi daha çox dədə-baba adlarına üstünlük verilir, baxmayaraq ki, onların əksəriyyəti çətin və mürəkkəbdir. Bu həm bir az dinə marağın güclənməsi, həmdə dədə-baba ruhuna sadiq qalmaq ənənəsində irəli gəlir. İndiki bu adların qoyulmasında hər ikisi var”.

Qeyd edək ki, Avropada iki və üç adı olanlar var. Və bu, çox normal qəbul edilir.

Birinci ad-valideynlərinin onlara verdiyi ad, ikinci kilsədə ona verilən dini ad və üçüncü özü istərsə təxəllüs  kimi götürdüyü ad olur.

 

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir