ABŞ hökuməti Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Şimali Koreyanın Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqlarda destruktiv mövqe nümayiş etdirməsidir.
Məlumata görə, sanksiya Şimali Koreyaya məxsus “Namgang Trading Corp” və “Beijing Sukbakso” şirkətlərinə tətbiq edilib.