Modern.az-ın məlumatına görə, Bakının Binə bələdiyyəsinin sədri və iki üzvü korrupsiya cinayətində günahlandırılaraq saxlanılıblar.
Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi məlumat yayıb. Məlumata əsasən Binə qəsəbə bələdiyyəsinin sədri Babaxan İsayev və iki bələdiyyə üzvü saxlanılıb. Onlar rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunurlar.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Modern.az