Modern.az

“Azərsu” Xətai rayonunun içməli suyunu kəsib

“Azərsu” Xətai rayonunun içməli suyunu kəsib

Təhsil

30 Mart 2012, 15:44

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır kı, Bakı şəhərinin Nobel prospektində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar paytaxtın Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb. Bununla əlaqədar martın 30-31-də Xətai rayonunun Əhmədli kəndi, Zığ şossesi, “Qara şəhər”, Həzi Aslanov, NZS, UPD yaşayış massivlərinə və Nobel prospektinə içməli suyun verilməsində fasilələr olacaq.     

“Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.  

Modern.az                                            
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal