Modern.az

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Aktual

17 Yanvar 2020, 09:06

Milli Məclisə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb.

 

Mərkəzi Seçki Komissiyasından Modern.az-a verilən məlumata görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib, onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb.

 

Beləliklə, artıq imza vərəqələrini qaytaranların 90 faizindən çoxunun namizədliyi qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et