Kapital Bank-ın aktivləri 1 yanvar 2020-ci il tarixinə 4,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8 milyard manat olub.
Bu barədə Modern.az-a Kapital Bankdan məlumat verilib.
Bildirilib ki, bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2020-ci il tarixinə 3,2 milyard manat olub.
Bankın 1 yanvar 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 398 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.