Bakı Metropoliteninin tikilməkdə olan "B 3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.
Bu barədə Modern.az-a açıqlamasında "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədov qeyd edib ki, hazırda stansiyanın platformasında mərmər döşənməsinmə başlanılıb:
“Tikintinin əsas mərhələsi başa çatıb. Yol tam tikilib qurtarlb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. Stansiyada 17 eskalator olacaq. Stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq”.
Onun sözlərinə görə, işlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək.