Modern.az xəbər verir ki, may ayında Sədərək və Binə ticarət mərkəzlərinin bağlanması ilə bağlı yayılan məlumat əsassızdır. Sahibkarlar “Eurovision” müsabiqəsi ilə əlaqədar olaraq, ticarət mərkəzlərinin bağlanacağını iddia etsələr də, Sədərək ticarət mərkəzinin informasiya və reklam şöbəsinin rəsmisi bu xəbəri təkzib edib: “Bu məlumatı mən də internet saytlarında görmüşəm, amma informasiyanın hec bir qaynağı yoxdur, yalan informasiyadır. Sahibkarlar ola bilər ki, bağlana biləcəyindən qorxduqlarını ifadə ediblər. Ticarət mərkəzi öz işini davam etdirir, biz bağlanmayacayıqsa, çox güman ki, “Binə” ticarət mərkəzi də bağlanmayacaq”.
Nihadə Eyyubova