Modern.az

Dönər satışına nəzarət edəcək qurum YARADILIR

Dönər satışına nəzarət edəcək qurum YARADILIR

Aktual

17 Yanvar 2020, 14:33

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində “Süfrə” MMC yaradılır. 

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Agentliyin sədri Qoşqar Təhməzli mətbuat konfransında verib. Sədr qeyd edib ki, yeni yaradılmış qurum Azərbaycanda qida təhlükəsizliyi sahəsində tənzimləmə işlərinin həyata keçirilməsi ilə məşğul olacaq:

 

“Həmin cəmiyyət ölkənin müxtəlif regionlarında bu il üçün nəzərdə tutulmuş təqribən 40 kəsim məntəqəsinin açılmasına xidmət edəcək, eyni zamanda müxtəlif dönər köşkləri və dönər satışı ilə məşğul olan müəssisələrin standartlarını nümayiş elətdirəcək. Bir sözlə, bu sahədə müəyyən tənzimləmə işləri həyata keçirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu