Modern.az

Vəfa Quluzadənin “Yol ayrıcında” kitabı işıq üzü görüb

Vəfa Quluzadənin “Yol ayrıcında” kitabı işıq üzü görüb

Təhsil

30 Mart 2012, 19:59

Azərbaycanın məşhur dövlət xadimi, diplomat, politoloq və şərqşünas-ərəbşünas Vəfa Quluzadənin “Yol ayrıcında” adlı yeni kitabı işıq üzü görüb.

Kitaba Quluzadənin müəllif məqalələri, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri vəzifəsində çalışdığı müddət ərzində və 1999-cu ilin payızında Qarabağ üzrə beynəlxalq vasitəçilərin qəbul etdirmək istədiyi məğlubiyyətçi sülhə etiraz əlaməti olaraq istefa verməsindən sonrakı bəyanatları, müsahibələri, şərhləri daxil edilib. Quluzadə ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı şübhəsini heç vaxt gizləməyib və gizləmir. Onun fikrincə, MQ yalnız vasitəçilik təqlidi ilə məşğuldur. Müəllifin fikrincə, vasitəçi ölkələr təcavüzkarı sakitləşdirmək mövqeyi tutur, ondan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsini tələb etmir. Kitabın ayrı-ayrı bölmələri Quluzadənin Azərbaycan-Türkiyə, Azərbaycan-Amerika, Azərbaycan-Rusiya, Azərbaycan-İran əlaqələri ilə bağlı fikirlərinə həsr olunub. Kitabda Quluzadənin “neft və demokratiya”, Azərbaycanda daxili siyasi proseslər, ümumilikdə demokratiya məsələləri ilə bağlı baxışları da əksini tapıb. Quluzadənin Rusiya-Çeçenistan müharibəsi ilə bağlı qiymətləndirmələri də diqqətə layiqdir. Müəllif kitabı vaxtsız dünyasını dəyişmiş oğlu Muradın xatirəsinə və Azərbaycamn gəncliyinə həsr edib..

Kitab “Elm və təhsil” nəşriyyatında Azərbaycan dilində 1000 nüsxə tirajla dərc olunub və “Əli və Nino” mağazalar şəbəkəsində satışa çıxarılıb. Bu, Quluzadənin ikinci kitabıdır. Onun ilk “Düşmənlər və dostlar arasında” adlı məqalələr və müsahibələr toplusu  2000-ci illərin əvvəllərində rus dilində dərc olunub.  Qeyd edək ki, ön sözün müəllifi və kitabın redaktoru tanınmış jurnalist Elşad Paşasoydur. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal