Modern.az

"Keşlə" Almaniya klubuna məğlub olub

Aktual

17 Yanvar 2020, 20:04

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası ilk yoxlama oyununu keçirib.



Modern.az  "Report"a istinadən xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Almaniya III Budesliqa təmsilçisi "Çikau" klubu ilə üz-üzə gəlib.



Qarşılaşma Azərbaycan klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:4.



Qeyd edək ki, "Keşlə" Antalyada növbəti yoxlama matçını yanvarın 22-də Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!