Modern.az

Azərbaycanın orbitə buraxacağı 200 milyon dollarlıq peyki

Azərbaycanın orbitə buraxacağı 200 milyon dollarlıq peyki

Təhsil

31 Mart 2012, 14:23

Bu il texnologiya sahəsində Azərbaycan üçün əlamətdar olacaq. Belə ki, Azərbaycan ilk dəfə olaraq orbitə süni peyk buraxacaq. Bu istiqamətdə işlər necə gedir?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Modern.az saytına bildirib ki, Azərbaycanın orbitə buraxacağı ilk süni peykinin istehsalı üzrə işlər qaydasında gedir:   “Qeyd olunan vaxta peykin orbitə buraxılması baş tutacaq. Peyk orbitə 2012-ci ilin dördüncü rübündə qaldırılacaq”. 

Qeyd edək ki, ABŞ-ın “Orbital Ciens” şirkəti ilə imzalanmış müqaviləyə əsasən peyk 2012-ci ildə orbitə çıxarılacaq. Ümumi dəyəri təxminən 200 milyon dollar qiymətləndirilən layihəyəyə qoyulan pulun 5-7 il müddətinə çıxarılması gözlənilir. Belə ki, peykin resurslarının 20-25 faizi Azərbaycan tərəfindən istifadə olunacaq. Qalan hissəsi isə satılacaq. 

Anar Kəlbiyev    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal