Modern.az

MSK: “95 nəfər namizədliyini geri götürdü”

MSK: “95 nəfər namizədliyini geri götürdü”

21 Yanvar 2020, 16:41

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov bildirib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə, seçkilərdə hazırda 1542 namizəd qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama