Modern.az

Azərbaycan komandası Çellenc Kubokunu aldı

Azərbaycan komandası Çellenc Kubokunu aldı

Təhsil

2 Aprel 2012, 00:55

Aprelin 1-də qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının final mərhələsinin cavab oyunu keçirilib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycanın “Bakı” və “Lokomotiv” komandaları qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Bakı” komandası rəqibini 3:2 (25:27, 25:19, 21:25, 25:19, 15:13) hesabı ilə məğlub edib.
Komandalar arasında keçirilmiş ilk görüş eyni hesabla “Lokomotiv”in xeyrinə başa çatdığı üçün “Qızıl set” oynanılıb. İnamlı oyun nümayiş etdirən “Lokomotiv” voleybolçuları 15:13 hesabı ilə qalib gələrək Çellenc Kuboku yarışlarının qalibi olub.
Kuboku komandaya Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Banu Can təqdim edib.
Bu mövsüm “Bakı” Fransanın “Evre”, Kiprin “Apollon”, Xorvatiyanın “Riyeka” və Rusiyanın “Omiçka” komandalarına qalib gəlib.
“Lokomotiv” isə Macarıstanın “Vaşaş”, Xorvatiyanın “ZOK Split”, Serbiyanın “Vizura” və Çexiyanın “Kralovo Pole” komandalarını yarışdan kənarlaşdırıb.
Bununla da ardıcıl olaraq ikinci il kubok Azərbaycanda qalacaq. Ötən mövsüm Kuboku “Azərreyl” komandası qazanmışdı.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal