Modern.az

Gəncədə şəkərli diabet xəstələri dərman tapa bilmir

Gəncədə şəkərli diabet xəstələri dərman tapa bilmir

Təhsil

2 Aprel 2012, 10:18

Gəncədə bir müddətdir ki, şəkərli diabet xəstəliklərindən əziyyət çəkənlər onlar üçün ayrılmış pulsuz dərmanları əldə etməkdə çəkinlik çəkirlər. Səbəb poliklinikalarda qeydiyyatda olan xəstələrin sayına görə, verilən dərman preparatlarının azlığı, bəzi hallarda isə ümumiyyətlə olmamasıdır. Adı çəkilən xəstəlikdən əziyyət çəkənlərin sözlərinə görə, arıq bir müddətdir ki, onlar öz dərmanlarının pul verib apteklərdən almaq məcburiyyətində qalırlar.
Gəncə şəhər Səhiyyə İdarəsindən isə Modern.az-a bildirilib ki, mövcud vəziyyətdən qurum da xəbərdardır və problemin həlli istiqamətində müəyyən işlər görülür. Şəkərsalıcı dərmanların nə vaxt normal qaydada poliklinikalarda vətəndaşlara veriləcəyinə gəlincə, idarədən bununla bağlı konkret vaxt bildirilməyib.
Qeyd edək ki, hazırda Gəncədə 8716 dibaet xəstəsi var və onların sayı hər ay 100-150 nəfər artmaqdadır. Bir müddət əvvələdək bu xəstələr pulsuz dərmanları Endokrinoloji Dispanserdən əldə edə bilirdilər. Dispanserin fəaliyyəti dayandırıldıqdan sonra bu şəxslər ərazilər üzrə müəyyən olunmuş 5 poliklinikada qeydiyyata götürülüb. Elə bu vaxtdan da, dərmanların verilməsi müşkülə dönüb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal