Modern.az

Məşhur fotoqraf Əjdər vəfat etdi - FOTOLAR

Məşhur fotoqraf Əjdər vəfat etdi - FOTOLAR

2 Aprel 2012, 10:31

Məşhur fotoqraf Əjdər Nağıyev bu gün səhərə yaxın evində vəfat edib. Yaxınlarının Modern.az saytına verdiyi məlumata görə, o, astma xəstəliyindən əziyyət çəkirmiş. Əjdər bir neçə gün öncə Türkiyənin İstanbul şəhərində keçirilən bir tədbirə gedibmiş. Orada vəziyyəti pisləşdiyindən təcili Bakıya qayıtmalı olub. Lakin amansız əcəl onu burada yaxalayıb.
Əjdər Nağıyevin cənazəsi bu gün doğulduğu İsmayıllı rayonuna aparılıb, dəfn orada olacaq.

Əjdər Nağıyev 1955-ci ildə dünyaya gəlib. O, uzun müddət "Azadlıq" qəzetində, "Turan" İnformasiya Agentliyində fotomüxbir olaraq çalışıb. Mərhum çalışdığı sahədə kifayət qədər tanınmış fotoqraf sayılırdı...

Allah rəhmət eləsin!


 

 

 

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi