Modern.az

8 erməni deputat Bakıya gəlib

8 erməni deputat Bakıya gəlib

Təhsil

2 Aprel 2012, 11:31

Bakıda Avronest Parlament Assambleyasının nümayəndə heyətinin görüşləri başlayır.  Bu gün qurumun üzvü olan diplomatlar Milli Məclisdə görüşlər keçirəcəklər.

Avonest PA-nın həmsədrləri i Boris Tarasyuk və Kristian Vigenin bu gün parlamentin spikeri Oqtay Əsədovla, həmçinin komitə sədrləri ilə ayrılıqda görüşlər keçirəcəklər. Nümayəndə heyətinin prezident İlham Əliyevlə də görüşü planlaşdırılır.

Qeyd edək ki, Ermənistan parlamentinin 8 deputatı da Bakıya  gəlib. Onlar da Avronest Parlament Assambleyasının Bakıda keçirilən 2-ci sessiyasında iştirak edəcəklər..

Sabah saat 11-də isə Milli Məclisin binasında Avronest PA-nın Bakı sessiyasının rəsmi açılışı baş tutacaq. Açılış mərasimində qurumun prezidenti  Martin Şultzun video müraciəti izləniləcək. Daha sonra sessiya işinə başlayacaq. Aprelin 4-də sessiyanın yekununda Avonest PA-nın həmsədrləri  Boris Tarasyuk və Kristian Vigenin mətbuat konfransı keçirəcək.

Nümayəndə heyətinin tərkibində Avropa İttifaqının Avropa qonşuluq siyasəti üzrə təmsilçisi Stefan Füle də Bakıda səfərdədir. Təşkilatın yerli nümayəndəliyindən aldığımız məlumata görə, cənab Füle  prezident İlham Əliyev, spiker Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərində Aİ və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin, bununla yanaşı Şərq tərəfdaşlığı hədəflərinin, həmçinin demokratiya və insan haqları mövzusunda partnyorluğun gücləndirilməsinin vacibliyindən söz açacaq.

Avronest PA ötən il Şərq tərəfdaşlığı siyasətinin dəstəklənməsi və gücləndirilməsindən məqsədilə yaradılıb.

F.Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal