Modern.az

“Quba hadisələri"ni yayan teleşirkətin lisenzyası uzadıldı

“Quba hadisələri"ni yayan teleşirkətin lisenzyası uzadıldı

Təhsil

2 Aprel 2012, 12:02

Modern.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurası "Alternativ" Tele-Radio Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Xəyal" Müstəqil Tele-Radio Şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması ilə bağlı qərar qəbul edib. "Televiziya və radio yayımı haqqında" qanuna müvafiq olaraq hər iki regional telekanalın lisenziya müddəti 6 il uzadılıb.
"Xəyal" Müstəqil Tele-Radio Şirkəti Qubada fəaliyyət göstərən regional televiziyadır və martın 1-də baş verən etiraz aksiyasından sonra onun adı tez-tez hallandırılır. Teleşirkətin icraçı direktoru Vüqar Qonaqov hadisələri qızışdırmaqda şübhəli bilinirək saxlanılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal