Modern.az

Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR

Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR

23 Yanvar 2020, 21:56

Bu gün Füzuli rayonundakı ilk görüşünü Horadizdə keçirən deputatlığa namizəd Vüqar Bayramovun növbəti görüşü Böyük Bəhmənli kəndində baş tutub.

Modern.az  xəbər verir ki, Vüqar Bayramov deputatlığa namizədliyini verməkdə məqsədinin yeni status əldə etmək deyil, insanların çətinliklərini dilə gətirmək, onların həllinə yardım etmək olduğunu bilidirib: “Seçki platformamın əsasını seçicilərin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı təkliflər təşkil edir. Mən Sizi seçkilərdə aktiv olmağa və  səsinizi, seçildikdən sonra yanınızda olacaq şəxsə səs verməyə səsləyirəm.”

Böyük Bəhmənli kəndinin ziyalıları və ağsaqqalları kənd camaatının təklif və rəylərini deputatlığa namizədin diqqətinə çatdırıblar. Onlar Vüqar Bayramovun bir millət vəkili kimi Füzuli rayonunu layiqincə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdən sonra Vüqar Bayramov görüş iştirakçıları ilə birgə Böyük Bəhmənli şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və xatirə şəkli çəkdirib.

Qeyd edək ki, görüşdə 300-ə yaxın kənd sakini iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI