2012/2013-cü tədris ilində Türkiyə Dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gənclərindən sənəd qəbulu başlayıb.
Bu barədə Modern.az-a Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, bu gündən etibarən Türkiyə universitetlərinə sənəd qəbulu başlayıb.
Sənəd qəbulu müxtəlif tarixlər çərçivəsində aparılacaq.
Belə ki, sənəd qəbulu İzmirdə yerləşən Ege Universitetinə sənəd qəbulu 9-20-aprel, Mərmərə Universitetinə aprelin 20-dək, İstanbul Yıldız Texniki Universitetinə isə 2-13 apreldə aparılacaq. Ege Universitetinə və İstanbul Yıldız Texniki Universitetinə qəbul imtahanı mayın 6-da, Mərmərə Universitetinə mayın 12-də keçiriləcək. Qəbul imtahanları və qəbul qaydaları haqqında ətraflı məlumat universitetlərin öz saytlarında yerləşdirilib.
Qeyd edək ki, Azərbaycanlı abituriyentlərdən Türkiyə universitetlərinə sənəd qəbulu və imtahanı Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi həyata keçirir.
Gültəkin Ələsgər