Modern.az

“Azərsu”yun işçiləri arasında Spartakiada start götürüb

“Azərsu”yun işçiləri arasında Spartakiada start götürüb

Təhsil

2 Aprel 2012, 17:27

 “Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurumun işçiləri arasında VIII Spartakiada başlanıb. “İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında təşkil olunan spartakiadada “Azərsu” ASC-nin idarə və müəssisələrinin 240-dək əməkdaşı idmanın 6 növündə - mini-futbol, şahmat, dama, nərd, stolüstü tennis və ağırlıqqaldırma üzrə qüvvəsini sınayacaq.

Açılış mərasimində "Azərsu” ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyev  və qurumun sədr müavini Tahir Məmmədov çıxış ediblər.

Qeyd edək ki, spartakiadanın ilk günü mini-futbol oyunları ilə başlanıb. Yarışın  yekununda komanda və fərdi yarışlarda fərqlənənlər “Azərsu” ASC-nin  diplom və qiymətli hədiyyələri ilə təltif olunacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal