Modern.az

İlham Əliyev Avronest PA-nın nümayəndə heyətini qəbul edib

İlham Əliyev Avronest PA-nın nümayəndə heyətini qəbul edib

Təhsil

2 Aprel 2012, 20:00

Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin başçılıq etdiyi Avropa Parlamenti Assambleyası Bürosunun nümayəndə heyətini qəbul edib.

Modern.az-ın məlumatına görə, prezident İ. Əliyev Avronestin Avropadan kənarda ilk sessiyasının Bakıda keçirilməsini tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Azərbaycanın Avronest Parlament Assambleyası ilə əməkdaşlıqda maraqlı olduğunu deyən dövlət başçısı nümayəndə heyətinin səfəri çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib.

Nümayəndə heyətinin üzvlərini prezident İlham Əliyevə təqdim edən K. Vigenin bildirib ki, Avronest nümayəndə heyətinin səfəri təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa verdiyi böyük önəmin göstəricisidir.

Görüşdə Avronest Parlament Assambleyasının Azərbaycanla Avropa Parlamenti və Avropa Birliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfəsini verəcəyinə əminlik ifadə olunub.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal