Modern.az

Elmar Vəliyev 3 il sonrakı Gəncədən danışdı

Elmar Vəliyev 3 il sonrakı Gəncədən danışdı

Təhsil

3 Aprel 2012, 08:51

Gəncədə şəhər fəallarının növbəti toplantısını keçirib. İcra Başçısı Elmar Vəliyevin iştirakı ilə keçən görüşdə 2012-ci il üçün Gəncənin müxtəlif ərazilərində aparılan və aparılacaq işlərdən, eləcə də yeni layihələrdən söz açılıb.

Bu il Gəncədə Heydər parkı ilə yanaşı İstiqlal parkının, Əziz Əliyev parkının, Cəfər Cabbarlı parkının və Mirzə Şəfi Vazeh adına park yenidən qurulacaq və ya əsaslı təmir ediləcək. Bu fikirləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2012-ci il üçün Gəncədə inşa olunacaq və əsaslı təmiri aparılacaq bir neçə obyektin layihəsinin təqdimatında səsləndirib. İcra başçısı bununla yanaşı, bu il Məhsəti Gəncəvi mərkəzinin yenidən qurulması, Uşaq Yaradıcılıq Mərkəzinin yenidən tikilməsi tədbirlərindən, şəhərin Göygöl istiqamətindən giriş hissəsində aparılacaq işlərdən danışıb.
Elmar Vəliyev görüşdə şəhərin mərkəzi prospektlərində yerləşən 8 yaşayış binasında dam örtüklərinin müasir formada qurulacağını, şəhərin müəyyən hissələrində yerləşən yeraltı piyada keçdlərinin müsair formada yeniləşəcəyindən də söz açıb. İcra başçısı şəhər fəallları ilə görüşdə Məhsəti Gəncəvi adına ev muzeyinin layihəsini, eləcə də Gənclər Evinin esgiz layihəsini də təqdim edib, 2015-ci ildə Gəncənin Avropanın gənclər paytaxtı elan olunması üçün işlərin görüldüyünü də bildirib.
Tədbirdə 2013-cü ilə kimi şəhərdə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin əsaslı təmir ediləcəyi də qeyd olunub. Elmar Vəliyev şəhərin mərkəzi və eləcədə ətrafının yaşıllaşdırılması məsələsinə diqqət çəkərək ağacəkmə kompaniyalarının bundan sonra da mütamadi keçiriləcəyini bildirib. Ağacların suvarılmasına gəlincə Elmar Vəliyev bu prosesin gələcəkdə damçı üsulu ilə aparılacağını bildirərək bu məqsədlə Türkiyənin aparıcı şirkətləri ilə danışıqların aparıldığını söyləyib. Tədbirin gedişatında şəhər fəalları Gəncədə aparılan abadlıq quruculuq işlərindən danışaraq bu prosesə öz töhvələrini verməyə hazır olduqlarının bildiriblər.

X.Qurbanov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal