Modern.az

Tələbə jurnalistlər üçün yeni studiya

Tələbə jurnalistlər üçün yeni studiya

Təhsil

3 Aprel 2012, 10:17

Qafqaz Universitetinin   istifadəyə veriləcək yeni korpusunda Jurnalistika fakültəsi üçün studiya yaradılacaq. Bu barədə universitetin rektoru Ahmet Saniç Modern.az-a məlumat verib. Rektor bildirib ki, 2012-2013-cü tədris ili üçün təhvil veriləcək yeni korpusda  bir sıra fakültələrlə yanaşı, jurnalistikla fakültəsi də fəaliyyətə başlayacaq.

“Keçən ildən bizim universitetdə jurnalistilka fakültəsi açılıb.Bu yöndə İstanbul Universiteti ilə birgə çalışırıq.Bir müddət öncə Türkiyədən müəllimlər gəldi, oranın  xəbərçilik prinsipini  bura gətirdi. Aprelin sonuna doğru isə biz fakültənin  kafedra müdüri Qulu Məhərrəmli ilə Türkiyəyə gedəcəyik. Oradakı Jurnalistika fakültələri  ilə tanış olacağıq. Bu yay fakültənin də studiya bazası qurulacaq. Çünki çəkimlər üçün studiya, qəzetlər uçün redaksiya mütləq lazımıdır”.


Nihadə Eyyubova 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal