Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da aprelin 4-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Qeyd edilir ki, aprel ayının 02-də Bakıda orta sutkalıq temperatur iqlim normasından 8.5 dərəcə yuxarı olmuş, maksimal temperatur isə Bakıda 25.5 dərəcə təşkil etmişdir. Bununla da, 2008-ci il aprel ayının 02-də olan (23.5 dərəcə) sutkalıq rekord göstərici yenilənmişdir.
Modern.az